Kriminal aləm üçün xərac toplayan şəxslər həbs edildi

Ağdaş rayonunda həbsdə olan kriminal aləm üzvlərinə göndərmək üçün pul toplayan 2 nəfər həbs edilib.

Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, rayonun Ləki qəsəbəsi və Aşağı Ləki kəndində bir neçə nəfərdən hədə-qorxu yolu ilə pul tələb edən Fəqan və Zəka adlı şəxslərə cinayət işi açılıb. Onlara Cinayət Məcəlləsinin 181 və 182-ci (Quldurluq, hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Müəyyən edilib ki, hər iki şəxs xərac tələb etdikləri şəxsləri mütəmadi hədələyiblər və onlardan pul alıblar. Həmçinin həmin şəxslər qorxu yaratmaq məqsədilə seçdikləri şəxslərin evlərinə daxil olaraq onların ailələrini hədələyiblər.

Hər iki şəxs barələrində açılmış cinayət işi üzrə həbs ediliblər və onlara ittiham elan edilib.

Faktla bağlı başlanmış cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin 12 sentyabr tarixli hökmü ilə Fəqan və Zəkanın hər biri 10 il müddətinə həbs cəzasına məhkum edilib.