Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə və öldürməklə hədələmədə təqsirləndirilən Novruz Əhmədovun barəsindəki məhkəmə qərarından dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.
Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin çıxardığı qərarı ləğv olunub, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilib.
İttihama görə, hadisə 27 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı Kürdəmir rayonu Yeni Şıxımlı kəndində qeydə alınıb.
Belə ki, Novruz Əhmədov həmkəndliləri – B.Abıyevanı ölümlə hədələyib, onun həyat yoldaşı T.Əliyevi isə bıçaqlayıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi Novruz Əhmədovun cəzasını 10 il 6 aya endirib. Həmin qərarından narazı qalan dövlət ittihamçısı kassasiya protesti verib./pravda.az