Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
Stopnarkotik.az xəbər verir ki, Qaradağ rayonu ərazisində keçirilən tədbirlər nəticəsində 33 yaşlı E.Hüseynov və əvvəllər məhkum olunmuş 32 yaşlı O.Kazımov saxlanılıblar. E.Hüseynovun idarə etdiyi “Toyota” markalı avtomobildən 5 kiloqrama yaxın narkotik vasitə tiryək aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.