Lənkəranda bağçada müəllimin uşağa qarşı şiddət göstərməsi barədə görüntülər araşdırılır.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, hazırda məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi təmin edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.
Qeyd edək ki, ötən gün Lənkəranda müəllimə "Kaspi Kids" məktəbəqədər hazırlıq kursunda uşağı döyüb. Artıq həmin müəllimə vəzifəsindən azad olunub.