Mingəçevirdə kafedə iki nəfər arasında dava düşüb.
Stopnarkotik.az unikal-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1985-ci il təvəllüdlü şəhər sakini Dostuyev Taleh Sabir oğlu döş qəfəsi nayihəsindən kəsici alətlə kəsik-deşik xəsarəti alıb.
Onunla münaqişəyə girən 1986-cı il təvəllüdlü Tərtər rayon sakini Hüseynov Pərviz Mirağa oğlunun isə başının sağ gicgah nayihəsi çapılıb.
Hər iki yaralı xəstəxanaya çatdırılıb. Davanın hansı səbəbdən baş verməsi hələ ki məlum deyil.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma aparılır.