İtkin düşmüş kimi axtarışda olan daha 7 nəfər tapıldı - RƏSMİ AÇIQLAMA

Ötən gün polis əməkdaşları tərəfindən itkin düşən şəxslərin tapılması istiqamətində tədbirlər davam etdirilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, oktyabrın 31-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.