İsmayıllıda 17 yaşlı oğlan bıçaqlandı - HƏMYAŞIDI SAXLANILDI

İsmayıllıda bıçaqlanma olub.

Stopnarkotik.az-ın məlumatına görə, hadisə oktyabrın 2-si saat 01 radələrində İsmayıllı rayonu Basqal kəndi ərazisində baş verib.

Belə ki, 17 yaşlı Ə.Şəfiyev münaqişə zəminində həmyaşıdı S.Bağırova bıçaqla xəsarət yetirib. 

DİN-in Mətbuat Xidmətinin regional qrupunda bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşkarı tərəfindən saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.