İşlədiyi "moyka"dan maşın qaçırıb qəza törətdi

Noyabrın 17-də səhər saatlarında paytaxtın Qaradağ rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “BYD” markalı avtomobil qaçırılıb. Həmin şəxs qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi törədib və avtomobili orada qoyaraq hadisə yerindən qaçıb.

Stopnarkotik.az xəbər verir ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə işləyən 29 yaşlı S.Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.