İRANDAN ÖLKƏMİZƏ KÜLLİ MİQDARDA NARKOTİK KEÇİRİLMƏSİNİN QARŞISI ALINDI - DSX-dan rəsmi açıqlama / Foto

"Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir".

Stopnarkotik.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumatda qeyd olunur. 

Bildirilir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından uçuş aparatı vasitəsilə narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır. 

Əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 33 kiloqram 345 qram narkotik vasitə (29 kq 575 qram marixuana; 3 kq 125 qram metamfetamin; 565 qram tiryək; 80 qram metadon suyu) və 6758 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülmüşdür. 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Stopnarkotik.az