İran tərəfi Azərbaycan səfirliyinin fəaliyyətini bərpa etməsi üzrə yol xəritəsinin hazırlandığını bildirib.
Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu gün (25 dekabr) Tehranda keçirilən mətbuat brifinqində deyib.
N.Kənaninin sözlərinə görə, Azərbaycanın Tehrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması istiqamətində səylər davam etdirilir və irəliləyişlər əldə olunub.
Qeyd edək ki, bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində səfirliyin 1 əməkdaşı şəhid olub, iki əməkdaşı yaralanıb. Həmin hücumdan sonra səfirliyin fəaliyyəti dayandırılmışdı.