İmişlidə pambıq sahəsində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İmişli rayonu, Qaralar kəndi yaxınlığında pambıq tayasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Stopnarkotik.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.

Əlavə məlumat veriləcək.