İmişli sakini evində bıçaqlanıb.
Stopnarkotik.az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Şəhər sakini Kamran Abas oğlu Abasov həmyerlisinin yaşadığı evə gedərək orada ev sahibi Seymur Umud oğlu Əhmədzadəni bıçaqlayıb.
Kamran Abas oğlu Abasov şübhəli şəxs qismində tutulub.
Faktla bağlı cinayət işi başlanıb.