Həyat yoldaşını qətlə yetirən şəxs və sürücü saxlanıldılar - YENİLƏNİB

Şəkidə həyat yoldaşını qətlə yetirməktdə təqsirləndirilən şəxs, eləcə də onun qaçdığı avtomobilin sürücüsü saxlanılıblar.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, keçirilən əməliyyat axtarış-tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Həmid Nazim oğlu Əliyevin yeri müəyyən edilib, o, tutularaq istintaqa təhvil verilib.

Həmid Əliyevin hadisə yerindən "Toyota " markalı avtomobillə qaçdığı da müəyyən edilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin sürücüsü Elçin Salahov da saxlanılıb.

Hər iki şəxs istintaqa təhvil verilib.

Xatırladaq ki, dünən səhər saatlarında Şəki rayonunun Cəyirli kəndində 34 yaşlı Zəhra Məlik qızı Əliyeva atasının evində ölü vəziyyətdə tapılıb. İlkin araşdırma zamanı qadının əri tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Şəkidə 34 yaşlı qadın qətlə yetirilib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarınada rayonun Cəyirli kəndində baş verib. 34 yaşlı Zəhra Məlik qızı Əliyeva atasının evində ölü vəziyyətdə tapılıb. İlkin araşdırma zamanı qadının əri tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Hadisəni törədən şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, qətlə yetirilən Zəhra Əliyeva əslən Mingəçevirdən olan Həsrət Əliyevlə ailə həyatı qurub. Onlar ailə həyatı qurduqdan sonra Zəhranın atası ilə birgə yaşayıblar, iki övladları var.

İlkin məlumata görə, H. Əliyev həyat yoldaşını bıçaqlayaraq qətlə yetirdikdən sonra hadisə yerindən qaçıb.