Həmkəndlilərin mübahisəsi qanla bitdi: 55 yaşlı kişi bıçaqlandı - YENİLƏNİB

Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinə rayonunun Mahmudlu kənd sakini, 1968-ci il təvəllüdlü Fazil Alıyevin bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Stopnarkotik.az-a verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində kəsici-deşici alətlə F. Alıyevə xəsarət yetirməkdə şübhəli bilinən, həmkəndlisi, 1992-ci il təvəllüdlü Ülvi Paşayev saxlanılaraq istintaqa təhvil verilib. İlkin dindirilmə zamanı şübhəli şəxs F. Alıyev ilə şəxsi münasibətlər zəminində mübahisə etdiyini, ona görə xəsarət yetirdiyini etiraf edib.

***09:11

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, 1968-ci il təvəllüdlü Fazil Alıyev bədənin bir çox hissəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 55 yaşlı kişi dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə F.Alıyev dostu tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.