Hizbullah bu dəfə "üzünü ABŞ hərbi bazalarına tutur"

İranın əsas regional yedəçki hərbi qrupu "Hizbullah" ABŞ hərbi bazalarına hücumlar hazırlayır
Stopnarkotik.az
bildirir ki, “Hizbullah”ın xüsusi təyinatlıları olan “Colan File” hazırda Suriyanın şərqində yerləşən ABŞ bazalarına hücumlara hazırlaşdığı haqda Səudiyyə Ərəbistanının “Əl-Hədas” telekanalı Qərb mənbələrinə istinadən xəbər verir. Yaraqlıların təlimi Dəməşqin şimal-şərqindəki düşərgədə keçirilir.
Həmçinin qeyd olunur ki, "Golan File" dəstəsi Suriya ərazisindən (iki ölkə sərhədində) Colan yüksəkliklərindən İsrail hədəflərinə zərbələr endirmək üçün hərbi potensiala malikdir.
Terrorçu dəstənin komandiri 2007-2012-ci illərdə amerkalı hərbçilərinə hücuma görə İraqda həbs edilmiş Əli Musa Dakdukdur. O, Hizbullahın tələbi ilə azad edilmişdi.
Stopnarkotik.az