Müdafiə Nazirliyinin hərbi-hissəsinin rüşvət almaqda və mənimsəmədə təqsirləndirilən sabiq tabor komandiri Elnur Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası avqustun 21-nə təyin edilib.
Xatırlatma: Bakı Hərbi Məhkəməsinin hökmü ilə istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməmiş Elnur Əliyev 5 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd: Elnur Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsindən əlavə eyni məcəllənin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham verilib.