Hakerlər Rusiyanın dövlət qurumlarına hücum etdi

“Cavalry Werewolf” haker qrupu Qırğızıstanın dövlət qurumlarının real e-poçt ünvanlarından istifadə edərək rus təşkilatlarına qarşı casusluq kampaniyasına başlayıb.

Stopnarkotik.az xəbər verir ki, BI.ZONE-nin məlumatına görə, Rusiyanın dövlət qurumları, eləcə də energetika, mədənçıxarma və istehsal sektorunda fəaliyyət göstərən şirkətləri hədəfə alınıb. Hakerlər arxivlərdə gizlədilən zərərli proqramları ehtiva edən “Vacib sənədlər” qeyd olunan e-poçt məktubları göndəriblər. Bunlar darknetdəki standart viruslar deyil, xüsusi yazılmış proqramlar - FoalShell tərs və StallionRAT troyanları olub. Onlar yoluxmuş cihazları uzaqdan idarə etməyə imkan veriblər.

Aldatmanın inandırıcı görünməsi üçün hakerlər dövlət məmurlarının rəsmi ünvanlarına bənzəyən e-poçt hesabları yaradıblar. Hətta Qırğızıstanın dövlət qurumunun saytında dərc olunmuş real e-poçt ünvanlarından da istifadə ediblər. Mütəxəssislər qeyd edirlər ki, poçt göndərişləri rəsmi yazışmalardan fərqlənməyib və bu, onları xüsusilə təhlükəli edir.

Stopnarkotik.az