Avqustun 20-si saat 00:12 radələrində Hacıqabul rayon sakini 1980-ci il təvəllüdlü Rəhman Qocalıyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hacıqabul rayon prokurorluğundan verilən xəbərə görə, aparılan araşdırmalarla 1980-ci il təvəllüdlü Pərviz Quliyevin aralarında yaranmış mübahisə zamanı qonşusu Rəhman Qocalıyevə Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərviz Quliyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
İbtidai istintaq davam etdirilir.
***
Hacıqabulda qonşusunu qətlə yetirməkdə təqsirli bilinən şəxs saxlanılıb.
Bu barədə hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul sakini, Quliyev Pərviz Balaqardaş oğlu polis tərədindən saxlanılıb.
Faktla bağlı Hacıqabul prokurorluğu tərəfindən cinayət məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanılıb.
***
Hacıqabulda 43 yaşlı kişi qətlə yetirilib.
Hadisə "Xilə" məscidinin yaxınlığında baş verib.
Şəhər sakini, 1980-ci il təvəllüdlü Qoçəliyev Rəhman Əzizağa oğlu mübahisə zəminidə qonşusu tərəfindən bıçaqlanıb.
Yaralı vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılan R.Qoçəliyev əməliyyata götürülən zaman keçinib.
Faktla bağlı Hacıqabul prokuroluğunda araşdırma aparılır./apa