Gürcüstanın Kaxeti bölgəsində 5 Türkiyə vətəndaşı sərhədi qanunsuz keçmə və odlu silah saxlamaq ittihamı ilə saxlanılıb.
Stopnarkotik.az-ın verdiyi xəbərə görə, istintaq müəyyən edib ki, saxlanılan şəxslər ağır cinayət törətməyi planlaşdırıblar və Gürcüstanda qanunsuz olaraq silah əldə etməyə cəhd ediblər. Onlar həmçinin satmaq məqsədilə narkotik maddələr əldə etməyə cəhd edirdilər.
Axtarış zamanı saxlanılan şəxslərdən mobil telefonlar, elektron rabitə vasitələri, döyüş sursatı və külli miqdarda pul götürülüb. Həbs olunanları 6 ilə qədər həbs gözləyir.
Stopnarkotik.az