2023-cü ilin sonunda Gürcüstan həbsxanalarında 101 Azərbaycan vətəndaşı olub.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ötən ilin dekabr ayı üzrə hesabatında bildirilib. Qeyd olunub ki, həbsdə olan Azərbaycan vətəndaşlarından 11-ü qadın, 90-ı isə kişi olub.
Həbsdə olan Azərbaycan vətəndaşlarından biri həddi buluğa çatmayan oğlan olub.
Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarından 17-nə qarşı ittiham irəli sürülüb, 84-ü barəsində isə hökm oxunub.
Ötən ilin dekabrında Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı isə 48 nəfər təşkil edib.
2023-cü ilin dekabrında Gürcüstan həbsxanalarında 57 İran, 28 Ermənistan, 31 Hindistan, 14 Misir, 121 Rusiya, 229 Türkiyə və 53 Ukrayna vətəndaşı olmaqla ümumilikdə 821 əcnəbi saxlanılıb.