Göygöldə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb.
Stopnarkotik.az "report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Göygöl rayonunun Quşqara kəndindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, "VAZ" və "Chevrolet" markalı avtomobillərin toqquşuması nəticəsinsə Nadel kənd sakinləri iki qardaş 1993-cü il təvəllüdlü Orxan Həsənli və 1994-cü il təvəllüdlü Tərxan Həsənli, eyni zamanda 1994-cü il təvəllüdlü Elyar Əmirzadə müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb, xəsarət alanlara ilkin tibbi yardım göstərilib, müalicələri davam edir.
Faktla bağlı araşdırna başlanılıb.