Göygöldə 55 yaşlı kişi kürəyindən bıçaqlandı

Göygöl rayon sakininə kəsici alətlə xəsarət yetirilib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1970-ci il təvəllüdlü M. Mehdili kürək nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal həmin şəxsə yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Onun hansı səbəbdən xəsarət alması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.