Göygöldə 41 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qızılca kəndində qeydə alınıb.

1984-cü il təvəllüdlü N.Əsgərov diz nahiyyəsinin və qolununun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İddialara görə, 41 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.