Göyçayca DƏHŞƏTLİ QƏTL: 17 yaşlı yeniyetmə tutuldu

Avqustun 15-də saat 3 radələrində Göyçay şəhərində 1998-ci il təvəllüdlü Feyzullayev Hüseyn Famil oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü şəxs saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.