GORANBOYDA ŞOK OLAY: ata yeniyetmə qızını bıçaqlayıb

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.

Kənd sakini 1979-cu il təvəllüdlü Rafiq Cəfərov övladı 2008-ci il təvəllüdlü şərti adı G.C-yə ailə münaqişəsi zəminində bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Yeniyetmə qıza Goranboy rayon Polis şöbəsində Goranboy rayon MX-nın əməkdaşları tərəfindən ilkin yardım göstərilib, vəziyyəti yaxşıdır.

Faktla bağlı araşdırma aparılır.