Goranboyda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub.
O xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.