“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gəncliyin Bəlası Narkomaniya: Necə xilas olmalı” adlı layhəsini Şabran rayonunda davam etdirib.
Stopnarkotik.az xəbər verir ki, tədbir 20 fevral 2024-cü il tarixində Şabran rayon Heydər Əliyev mərkəzində keçirilib. Tədbiri rayon İH-nin hüquqşunası Ramin Ağayev açaraq, iştirakçıları salamlayıb və layihənin məqsədi haqqında məlumat verib.
Təşkilatın icraçı drektoru Tələt Qəribov narkomaniya, onun yayılma səbəbləri, dövlətimizin bu sahədə gördüyü qabaqlayıcı tədbirlərdən geniş danışıb.
Rayon Ağsaqqallar Şurasının sədr müavini Qədim Gamalov narkomaniyanın gənclər arasında qonşu dövlətlər tərəfindən məqsədli şəkildə yayılmasını deyd edib. O, gənclərimizə ayıq- sayıq olmalarını, yad təsirlərə uymamağı tövsiyə edib.
Rayon Gənclər İdarəsinin nümayəndəsi Vüsal Abışov rayonda gənclər arasında bu mövzu ilə bağlı tədbirlərin mütamadi aparıldığını söyləyib.
Rayon 1 N-li məktəbin müəlliməsi Aygün İsrafilova, rayon Polis Şöbəsinin əməkdaşı Vüqar Qasımov mövzu ilə bağlı məktəblilər arasında daim proflaktik tədbirlərin keçirildiyini qeyd ediblər.
Tədbir çay süfrəsi ətrafında müzakirələrdən sonra başa çatmışdır.
Stopnarkotik.az