Gəncə yeniyetməni bıçaqlamaqda şübhəli bilnən şəxs tutulub.
Stopnarkotik.az-ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində H.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən N. Abbasov və T. Pirverdiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***09:01
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhərin Natəvan 2 qəsəbəsinin ərazisində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü H. Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.