Gəncədə qohum ailələr arasında kütləvi dava - 5 NƏFƏR XƏSTƏXANALIQ OLDU / YENİLƏNİB

Gəncə şəhərində qohumlar arasında baş verən insidentdə Göygöl sakini Ə.Alışanov kəsici alət xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bununla bağlı Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs - 59 yaşlı Zakir Sadıqov saxlanılıb. Faktla bağlı Gəncə Baş Polis İdarəsində cinayət işi başlanıb.

Hazırda hadisənin motivləri və digər halların müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

***08:36

Gəncənin Məhsəti qəsəbəsində qudalar arasında ailə münaqişəsi zəminində baş verən kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə nəticəsində Kəlbəcər rayon sakinləri – 1980-ci il təvəllüdlü Ə.Əlişanov bıçaq xəsarəti, onun həyat yoldaşı A.Əlişanova və 2005-ci il təvəllüdlü övladı A.Əlişanov isə müxtəlif dərəcəli bədən xəsarətləri və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdiriliblər.

Məlumata əsasən, ana və övlad balta xəsarətləri alıblar. Ə.Əlişanovun vəziyyətinin ağır, həyat yoldaşı və övladının isə stabil olduğu bildirilib. Davada qarşı tərəfdən də 2 nəfərin xəsarət aldığı və onların da başqa tibb müəssisəsinə yerləşdirildiyi qeyd olunur.

İlkin ehtimala görə, mübahisə ailədaxili narazılıq zəminində yaranıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.