Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər sakini, 1997-ci il təvəllüdlü A. Hüseynovanın kəsici-deşici alətlə çoxsaylı bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətinin regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, polis öməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı, 1987-ci il təvəllüdlü Rafael Hüseynov salxanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.