Gəncədə məktəbli bıçaqlandı

Gəncədə XI sinif şagirdi bıçaqlanıb.

Stopnarkotik.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən çayxanalardan birində baş verib.

Belə ki, məktəbli Ə.İ hadisədən sonra xəstəxanalardan birinə yerləşdirilib və daha sonra evə buraxılıb.

Onun vəziyyəti stabildir. İlkin məlumata görə, onu məktəbli yoldaşı bıçaqlayıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.