Gəncədə evdən oğurluq edən 27 yaşlı kişi tutuldu

Gəncədə evdən oğurluq edən şəxs tutulub.

Stopnarkotik.az-ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakininə məxsus evə qeyri-qanuni yolla daxil olaraq oradan 1300 manat nağd pul və ümumi dəyəri 8000 manat olan müxtəlif qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, 27 yaşlı Y. Sadıqov saxlanılıb.

Araşdırmalar davam etdirilir.