GƏNCƏDƏ DƏHŞƏT: 33 yaşlı qadın əri tərəfindən bıçaqlandı

Gəncədə 33 yaşlı qadın əri tərəfindən bıçaqlanıb.

Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

1992-ci il təvəllüdlü G.İsmayılova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadın əri tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.