Gəncədə daha bir kriminal olay: 18 yaşlı gənc bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü M.Tağıyev bud nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdilib.

Dərhal gənc oğlana yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.