Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhərin Dədə Qorqud küçəsindəki çayxanaların birində qeydə alınıb.
2006-cı il təvəllüdlü, Əli Sarıyev ürək nahiyyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.