Gəncədə baş verən qətl hadisənin görüntüləri üzə çıxıb.
Stopnarkotik.az musavat.com-a istinadən xəbər verir ki, görüntülərdə qətlə yetirilən Eyyub Talıbovun bıçaq xəsarətləri alması müşahidə edilir.
Həmin görüntülərdə Eyyub Talıbov iki nəfərlə mübahisə edir və bir-birlərinə bıçaq çəkirlər. Eyyub videoda göründüyü hissədə artıq bir neçə bıçaq zərbəsi almış olub. Onu vuran şəxs Alim Quliyev olub. Digər şəxsin kimliyi isə bilinmir.
Şəhərin mərkəzində, Atatürk prospektində lentə alınan görüntülərdən əvvəl Eyyubun dostu 31 yaşlı Osman Nağıyev də bıçaqlanmış olub. Bundan sonra 29 yaşlı Alim Quliyev Eyyub Talıbovu bıçaqlayıb.
Məlumata görə, hadisədən əvvəl tərəflər arasında mübahisə düşüb. Onların dost olduğu bildirilir. Hadisədən bir neçə dəqiqə əvvəl onlar arasında söyüşə görə mübahisə yaranıb.
Qətli törətməkdə şübhəli bilinən Alim Quliyev həbs edilib.
Qeyd edək ki, hadisə bu ilin aprel ayının 29-da baş verib.
Həmin görüntüləri təqdim edirik:
*** 11:04, 29 aprel, 2025
Gəncə şəhərində baş verən bıçaqlanma hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 28-i, saat 18:40-da iki nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Döş qəfəsinin sağ tərəfinin daxilə keçən hissəsinin kəsilmiş-deşilmiş yarası, divar aralığının yaralanması diaqnozu təyin edilən 1995-ci il təvəllüdlü şəxsin (kişi cinsli), reanimasiya tədbirlərinə baxmayaraq, 19:00-da ölüm faktı qeydə alınıb.
Belin açıq yarası diaqnozu təyin edilən 1994-cü il təvəllüdlü şəxsə (kişi cinsli) ilkin tibbi yardım göstərilib. Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunan şəxsin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə məlumatda bildirilir.
29 aprel, 2025
Ötən gecə Gəncə şəhərində baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.
Hadisə şəhərin Atatürk prospektində, üç nəfər arasında şəxsi münasibətlər zəminində yaranan gərgin qarşıdurma nəticəsində baş verib.
Əldə etdiyimiz məlumata görə, 1995-ci il təvəllüdlü Eyyub Talıbov 1994-ci il təvəllüdlü Osman Nağıyevi, 1996-cı il təvəllüdlü Alim Quliyev isə Eyyub Talıbovu bıçaqlayıb. Qarşıdurma nəticəsində Eyyub Talıbov aldığı xəsarətlərdən həyatını itirib, Osman Nağıyev isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunublar və cinayətdə şübhəli bilinən Alim Quliyev saxlanılıb.