GƏNCƏDƏ ATA VƏ OĞLU BIÇAQLANDI - Hər ikisi xəstəxanaya yerləşdirilib

Gəncə şəhərində mübahisə zəminində 2 nəfər bıçaq xəsarəti alıb.

Hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, bir neçə nəfər arasında düşmüş mübahisə zəminində, 1971-ci il təvəllüdlü X.Əliyev ayağından, onun oğlu 1999-cu il təvəllüdlü V.Əliyev isə qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./report