Gəncədə minik avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində xəsarət alanların son durumu açıqlanıb.
TƏBİB-dən bildirilib ki, bu gün saat 16:50 radələrində iki nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, 2004-cü il və 2005-ci il təvəllüdlü şəxslərə sol bazu sümüyünün, qabırğaların və biləyin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Stopnarkotik.az