Gəncədə 41 yaşlı qadın bıçaqlanıb.
Stopnarkotik.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
1984-cü il təvəllüdlü F. İbrahimova döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qadın dərhal əməliyyata götürülüb. Həkimlər onun vəziyyətini orta-ağır olduğunu bildirirlər.
Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.