Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki,1984-ci il təvəllüdlü İ. Bayramov qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirlir. Məlumata görə 41 yaşlı kişi özü özünə bıçaqla xəsarət yetirib. Onun hansı səbəbdən özünə xəsarət etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.