Gəncədə 40 yaşlı kişi sinəsindən vuruldu - YENİLƏNİB

18.05.2025-ci il tarixində saat 02:10 radələrində 1985-ci il təvəllüdlü şəxs (kişi cinsli) döş qəfəsinin ön divarının açıq yarası, qabırğanın açıq yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

*** 01:12

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

1985-ci il təvəllüdlü V.Bayramov döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.