Gəncədə 40 yaşlı kişi bıçaqlandı - QOHUMU ŞÜBHƏLİ BİLİNİR

Gəncədə 40 yaşlı kişi bıçaqlanıb.

Stopnarkotik.az xəbər verir ki, 1985-ci il təvəllüdlü S.Bağırov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib. lkin ehtimala görə, hadisəni törətməkdə onun xalası oğlu şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.