Gəncədə 29 yaşlı şəxs bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini 29 yaşlı E. Əmirov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal o əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır