Gəncədə 27 yaşlı qadın qardaşı tərəfindən bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, hadisə şəhər ərazində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü G. Mirzəyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qadın dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, G.Mirzəyeva qardaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.