Gəncədə 25 yaşlı gənc bıçaqlandı - SAXLANILAN VAR

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki,  2000-ci il təvəllüdlü Arzu Hüseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat edilib.

İlkin məlumata görə, hadisə toy məclislərinin birində qeydə alınıb.

Polisin keçirdiyi tədbirlər nəticəsində A.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Daşkəsən rayon sakini 25 yaşlı Sənan Bağırov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.