Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, şəhər sakini, 2001-ci il təvəllüdlü E. Əhmədovun kəsilmiş-deşilmiş xəsarət ilə xəstəxanaya yerləşdirilməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Cəfər Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.