Gəncədə 15 yaşlı yeniyetmə bıçaqlandı - HƏMYAŞIDI SAXLANILDI

Gəncədə 15 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanılıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, iyunun 5-də Gəncə Şəhər Baş Polis İdarəsinə yetkin yaşına çatmayan şəxsin kəsici-deşici alətlə xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2010-ci il təvəllüdlü R. İ. saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir