Lənkəranda qadını qətlə yetirməkdə şübhəli bilinən əri könüllü polisə təslim olub.
Stopnarkotik.az xəbər verir ki, Əfsanə Lələzadəni qətlə yetirməkdə şübhəli bilinən 32 yaşlı Nicat Lələzadə polisə gedərək təslim olub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
*** 10:29
Lənkəranda gənc qadın qətlə yetirilib.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Liman şəhəri ərazisində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə kəsilmiş-deşilmiş yaralarla Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Xəstəxanadan verilən məlumata görə, qadın xəstəxanaya daxil olarkən həkiməqədər ölüm faktı qeydə alınıb.
İlkin məlumata görə, onun qətlində həyat yoldaşı şübhəli bilinir.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.