Gənc oğlan anasını döyən şəxsi bıçaqladı, şərti cəza aldı

Şəmkirdə qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən İslam Bənnayevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mikayıl Məmmədzadənin sədrliyi keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, hadisə 12 aprel 2024-cü il tarixdə Şəmkir rayonu, Sarıtəpə kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 2006-cı il təvəllüdlü İslam Bənnayevin anası marşrut avtobusunun içərisində olarkən həmkəndlisi, zərərçəkmiş İlham Xəlilovla (soyadı şərti) mübahisə edib. Bu zaman zərərçəkmiş qadını nalayiq ifadələrlə təhqir edib, əli ilə qəsdən onu vurub. Sonra qadın avtobusdan düşəndən sonra bu barədə oğluna bildirib. İslam da məsələni aydınlaşdırmaq məqsədi ilə İlhamla görüşməyə gedib. Kəndinin girişində görüş zamanı o, üzərində gəzdirdiyi bıçaqla zərərçəkmişə 3 zərbə endirərək xəsarət yetirib.

Hadisədən sonra Əsgər Cəfərоv saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilib. /pravda.az