Gədəbəydə ovçu özünü güllələdi

Gədəbəydə 36 yaşlı kişi ehtiyatsızlıqdan güllə yarası alıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Qoşabulaq kəndində qeydə alınıb.

Belə ki, ova gedən 1988-ci il təvəllüdlü T.Qasımov silahla ehtiyatsız davrandığından açılan atəş onun ayağına dəyib. 

Yaralı xəstəxanaya yerləşdirilib.

Xəstəyə yardım edilib,r eanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.